Neftin qiyməti ilə bağlı bədbin PROQNOZ:“İlin sonunda ucuzlaşacağı...”



Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,2 faiz azalıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,48 ABŞ dolları enərək 65,66 dollar təşkil edib.

 Maraqlıdır, hazırda neft bazarında hansı proseslər gedir?

Sualımızı cavablandıran Neft Araşdırmalar Fondunun rəhbəri İlham Şaban “Sherg.az”a bildirib ki, hazırda OPEK-in hesabatı keçirilir:

“Həmin hesabat iclasında bazar iştirakçıları üçün bəyanatlar səsləndirilsə, sabah neftin qiymətində artım müşahidə edə biləcəyik. OPEK iştirakçıları bir il əvvəl olduğu kimi, sakit mövqe nümayiş etdirsələr, hazırda dünya iqtisadiyyatında yaşanan vəziyyətə adekvat reaksiya verməsələr, o zaman neftin qiymətində yenidən azalmalar yaşanacaq.

Bu gün neftin qiyməti 60 dollardan yuxarıdır. Bu dinamika dünya neft hasilatçıları üçün normal qiymətdir. Artıq gələn il üçün neftin qiymətinin iki dollar həcmində ucuzlaşacağı proqnozlaşdırılır.

“Qara qızıl”ın qiymətini 62-63 dollar olacağı bildirilir. Cari ilin səkkiz ayının yekunlarında neftin orta qiyməti 65 dollar civarında oldu. Amma ilin sonuncu aylarında neftin qiymətinin ucuzlaşacağını, 64 dollar civarında olacağını proqnoz edirəm. Gələn il “qara qızıl”ın qiymətinin enməsi dünya iqtisadiyyatının artım tempinin zəifləməsi ilə bağlı olacaq.

Bütün proqnozlarda bu illə müqayisədə gələn il neftin qiymətinin aşağı olacağı bildirilir. Çünki dünya iqtisadiyyatı aşağı templə inkişaf edərsə, enerji resurslarına da tələbat azalacaq”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Eynuroğlu Yazarın yazıları
menu
menu