Gürcüstanın xarici dövlət borcu 4 faizdən çox artıb


Son bir ildə Gürcüstanın xarici dövlət borcu 219 milyon ABŞ dolları və ya 4,2 faiz artaraq 5,3 milyard dollara çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə "BusinessPressNews" portalı məlumat yayıb. Bildirilir ki, təkcə ötən ay Gürcüstanın xarici dövlət borcu 26 milyon dollar artıb.

Gürcüstanın ən çox borcu Asiya İnkişaf Bankınadır (1,14 milyard dollar).

Siyahıda 2-ci yerdə 985,6 milyon dollarla Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyası, 3-cü sırada isə 898,4 milyon dollarla Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı qərarlaşıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu