Rəsmi Bakı həmsədrlərdən imtina edə bilərmi ? – İZAH 

“Azərbaycan ATƏT-in fəaliyyətindən narazıdır. Amma indiki halda ATƏT-dən çıxmaq və ya qurumun fəaliyyətindən imtina etmək mümkün deyil”.

Bunu “Sherg.az”a açıqlamasında “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli deyib.

Politoloqun sözlərinə görə, təşkilatda prosedur elədir ki, rəsmi Bakı heç bir həmsədrdən imtina edə bilməz: 

“Uzaq başı dövlət olaraq Minsk Qrupundan çıxa bilərik. Bu da diplomatik baxımdan xeyrimizə olmaz. Yəni Qarabağ münaqişəsi ilə bağlı mövcud çərçivə var və biz bu dairənin əhatəsində hərəkət etməliyik.

Problem isə ondadır ki, indiyə qədər heç bir münaqişə sülh yolu ilə həll edilməyib. Bütün münaqişələr hərbi yolla çözülüb. Ona görə də hansısa təşkilatdan çarə gözləmək əbəsdir”. 


Analitik Ombudsmanın münaqişənin həlli ilə bağlı Avropa Şurasına müraciət etməsində də münasibət bildirib: 

“Avropa Şurası qitənin ən önəmli təşkilatlarından sayılsa da, reallıqda mənasız qurumdur. Təşkilat Dağlıq Qarabağ məsələsində Ermənistana heç bir təzyiq göstərə bilməz. Çünki belə bir gücü yoxdur. Həm də münaqişənin nizamlanması prosesi AŞ-nin səlahiyyətlərindən uzaq məsələdir”. 


Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu