"Nüvə müharibəsi başlaya bilər" – Rusiya xəbərdarlıq etdi


Ryabkov: "Qərbdəki həmkarlarımız daha emosional, bəzən də çox aqressiv hərəkət etməyə başlayıblar"


"Nüvə müharibəsinin başlaması riski var". Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan edib.

"Strateji stabillik sahəsindəki vəziyyət pisləşməyə davam edir. Təəssüf ki, bu, faktdır, danılmaz faktdır. Risklər də artmaqdadır... hətta tərəflərin nüvə münaqişəsini başlamaq niyyətinin olmadığı vəziyyətdə belə, nüvə müharibəsinin başlaması riski var. Xüsusilə son il ərzində mənfi dinamika müşahidə olunur", - Ryabkov "Ali İqtisad Məktəbi" Milli Tədqiqat Universitetinin məruzəsinin təqdimatı zamanı deyib.

"Qərbdəki həmkarlarımız daha emosional, bəzən də çox aqressiv hərəkət etməyə başlayıblar", - o, əlavə edib.

Ryabkov qeyd edib ki, Qərbli tərəfdaşlar dialoq üçün nəzərdə tutulmuş kanalların işinə maneə törədirlər və silahlanmaya nəzarət arxitekturasını sarsıtmağa davam edirlər.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu