Ekspertdən sensasion açıqlama:“Bu məhsulların azı 90 faizi təhlükəlidir”- Ölüm saçır 

Elçin Bayramlı:“ Mağazalarda kimyəvi maddələrdən düzəldilmiş yağ və digər süd məhsulları doludur. Kolbasa və sosiska məmulatları sahəsində vəziyyət faciəvidir. Broyler toyuqları və yumurtaları sağlamlıq üçün ən qorxunc təhlükədir. AQTA bunu görmür? !”


Hövsanda 1 tona yaxın yararsız quş əti aşkarlanıb. Sentyabrın 11-də Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları və Qida Təhlükəsizliyi Agentliyinin(QTA) nümayəndələri Suraxanı rayonu ərazisində birgə yoxlamalar aparıblar. Araşdırmalar zamanı Hövsan qəsəbəsində 996 kiloqram həcmində insan sağlamlığına ciddi zərər vuran toyuq əti tapılıb. Həmin quş kəsimi sahəsinin Bakı şəhər sakini A.Mürsəlova məxsus olduğu bildirilir. 

Götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) laboratoriyasına təhvil verilib.



Məsələyə münasibət bildirən qida təhlükəsizliyi üzrə ekspert Elçin Bayramlı “Sherg.az”a söyləyib ki, AQTA öz funksiyası olan bu kimi işləri çox gec və az hallarda həyata keçirir:

“Yəni, milyardlarla belə cinayət faktının yalnız bir-ikisi müəyyən edilir. Qalanları nədənsə, hələ də görünmür. Bəs bu agentliyə o qədər işçi, maliyyə, maddi-texniki baza niyə ayrılıb? Ölkədə bəzi məmurların da dəstəyi ilə yerli və xarici işbazlar tərəfindən əhaliyə qarşı açıq şəkildə qorxunc qida terroru həyata keçirilir. Bunun qarşısını almaq üçün AQTA yaradıldı. Lakin bu orqanın fəaliyyəti gözlənilən nəticə vermədi və arzuolunan həddə çatmadı. Agentlik ölkə bazarındakı təhlükəli və saxta məhsuların heç 0,00001 faizini belə aşkar edib qarşısını ala bilmir , ya da ki almır. Nəticədə milyonlarla insan ağır xəstəliyə tutulur, əlil olur, dövlətin səhiyyə xərcləri artır, vaxtsız ölümlər çoxalır.

Beş-on manat artıq qazanmaq naminə açıq şəkildə insanları öldürməyə cəhd edən, daha doğrusu birbaşa öldürən minlərlə işbaz bazar dükanlarda, fabrik-zavodlarda at oynadır. Mağazalarda təbii qida adına demək olar ki, heç nə yoxdur. Burada ən böyük məsuliyyət təbii ki, AQTA-nın üzərinə düşür. Lakin bu agentlik nə mediadakı və sosial şəbəkələrdəki faktlara əhəmiyyət verir. İstehsal müəssisələrində ciddi yoxlamalar aparıb, ciddi genişmiqyaslı tədbirlər görmür.

 Hərdənbir hansısa kiçik sexdə və ya dükanda bir neçə keyfiyyətsiz ərzaq tapır bununla da işini bitmiş hesab edir. Necə tapsın ? Axı bütün qida məhsullarına özləri sertifikat verir. Bu məhsulların da azı 90 faizi insan sağlamlığı üçün təhlükəlidir. Pulunu alır, kağızı verir vəssalam”. 

E. Bayramlı onu da əlavə edib ki,  eyni zamanda digər cavabeh orqanlar Kənd Təsərrüfatı Nazirliyi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Anti-inhisar Departamenti və Gömrük Komitəsidir:

 “Ölkədə GMO bitkilərin idxalı, istehsalı, satışı qanunla qəti qadağandır. Lakin bu gün dükan-bazarda satılan meyvə-tərəvəzlərin azı 90 faizi GMO-dur. Hətta bir çox firmalar GMO toxumları və tingləri internetdə, mediada reklam edərək açıq şəkildə satırlar. Mağazalarda kimyəvi maddələrdən düzəldilmiş yağ və digər süd məhsulları doludur. Kolbasa və sosiska məmulatları sahəsində vəziyyət faciəvidir.

Broyler toyuqları və yumurtaları sağlamlıq üçün ən qorxunc təhlükədir. Hər gün şadlıq evlərində kütləvi zəhərlənmələr haqda xəbərlər yayılır. QTA bunu görmür? Niyə gedib yoxlamır ki, bu məhsullarda harda kim tərəfindən və nədən düzəldilir. Bu yoxlamalar jurnalistlərin və ictimai fəalların iştirakı ilə aparılmalıdır”. 

Paylaş

Bizi Facebookda izləyin
Kənan Eynuroğlu Yazarın yazıları
menu
menu