Bəzi tikinti şirkətləri təhlükəsizlik tədbirləri görmür: gah ayna düşür, gah kərpiz, gah da...


Yasamal rayonunda binadan iri şüşə parçası iki nəfərin üzərinə düşüb. Hadisə Cəfər Cabbarlı küçəsində baş verib.
“Globus Plaza”ya məxsus binanın pəncərəsindəki iri şüşə parçası yerə düşərək, hər iki şəxsin ağır xəsarət almasına səbəb olub. Plazadan faktı təsdiqləyiblər. Hadisənin hansı səbəbdən baş verdiyi isə açıqlanmayıb.

Adətən bu kimi hallar binalarda təmir işləri gedərkən, ya da hansısa ehtiyatsızlıq zamanı baş verir. Dəfələrlə binalardan düşən ağır əşyalar insanlara xəsarət yetirib, həmçinin, onların avtomobillərinə ziyan vurub. Görünən odur ki, tikinti şirkətləri bu məsələdə lazımi təhlükəsizlik tədbirlərini görmürlər.  Nəticədə tikinti gedən binadan yerə gah ayna düşür, gah kərpiz, gah da beton qırıqlarl. Bunun əziyyətini isə sadə, siravi vətəndaşlar çəkir. Çox zaman isə məlum səriştəsizliyin nəticəsində baş verən amansız, faciəvi  hadisəni tikinti şirkətinin boynuna qoymaq olmur. Onlar müxtəlif  əsassız arqumentlər gətirərək vəziyyətdən “ustalıq”la yayınmağa çalışırlar. Şübhəsiz ki, bu da insanlarda ciddi narazılıq və narahatlıq doğurur.  



Məsələ ilə bağlı “Sherg.az”a danışan daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov bildirdi ki, tikilməkdə olan binaya nəzarəti tikinti şirkətinin texniki təhlükəsizlik üzrə mühəndisi etməlidir. 

Ekspert qeyd edib ki, həmin şəxs binanın tikintisi zamanı təhlükəsizlik işləri üçün məsuliyyət daşıyır:

“Texniki təhlükəsizlik tədbirlərinin görülməsi, işçilərin təhlükəsizlik qaydaları ilə tanış edilməsi və onlara lazımi avadanlıqların verilməsi vacibdir. Təhlükəsizlik üzrə mühəndis və tikinti şirkəti bu məsələdə məsuliyyət daşıyır. Hazırda istismarda olan binalara gəlincə isə həmin binalar layihələndirilən zaman bütün təhlükəsizlik qaydaları nəzərə alınmalıdır.

Məsələn, qırmızı xətt kənarda yerləşməlidir, standarta uyğun məsafə elə layihələndirilməlidir ki, orada yaşayan insan xəsarət almasın. Həmçinin pəncərə sınan zaman insanlara xəsarət dəyməsin deyə bəzi məqamlar standart normalarında nəzərdə tutulub”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu