“Fransa barəsində ATƏT-in Minsk Qrupuna nota verilməli...” 

“Fransız parlamentarilərin Dağlıq Qarabağa səfəri Fransa hökümətinin illərdir tutduğu haqsız mövqenin sübutudur”.

Bunu “Atlas” Araşdırmalar Mərkəzinin eskperti Kənan Paşayev deyib. 

Analitik bildirib ki, bu tip hal ilk dəfə baş vermir: 



“İllərdir, fransızlar tərəfindən atılan bu cür addımların şahidi oluruq. Belə bir ölkənin ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi fəaliyyətini davam etdirməsi vəziyyətin nə dərəcədə acınacaqlı olduğundan xəbər verir. Fransa həmişə ermənipərəst mövqeyi ilə fərqlənib və seçilib.

Artıq ölkəmiz tərəfindən Fransa barəsində ATƏT-in Minsk Qrupuna nota verilməli və Fransanın fəaliyyətinə son qoyulması tələb edilməlidir. Bu cür ikibaşlı gedişlər yalnız və yalnız münaqişənin  uzanmasına xidmət edir”.


Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu