Ərdoğan inanır: ABŞ müttəfiqi Türkiyəni çox incitmək istəməyəcək



"Fikrimcə, ABŞ kimi bir ölkə müttəfiqi Türkiyəni daha çox incitmək istəməyəcək. Bu rasional davranış deyil, məsuliyyətli xarici siyasət heç deyil".

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidetni Rəcəb Tayyib Ərdoğan bildirib.

"Xalqbank" və sanksiyalar məsələsində Tramp ilə bir-birimizə etibarımız var. İnanıram ki, ABŞ-dakı görüşdə bunu qarşılıqlı təsdiq edəcəyik", - Ərdoğan deyib.

Ərdoğan "Patriot" müdafiə sistemləri ilə bağlı Trampla telefonda danışdığını və S-400-lə bağlı şərtləri də onun görməli olduğunu söylədim.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu