100-dən çox itini ac və susuz saxlayan qadına həbs olunub


İngiltərədə it saxlayan Lynn Stoker, evindəki heyvanları ac, susuz və qəfəslərin içində sahibsiz buraxdığına görə 21 həftə həbs cəzasına məhkum edilib.

Sherg.az xarici media istinadən xəbər verir ki, ölkədə böyük reaksiyalar alan Stoker 21 həftə həbs və 50 min pound (353 min TL) pul cəzası alıb. İngilis mediası Stokerin saxladığı itləri illərdir baytara aparmadığını və sağlamlıq vəziyyətləriylə maraqlanmadığını yazıb. Müfəttişlər Stokerin evində araşdırma apararkən heyvanların vəziyyətinin "şokedici" olduğunu söyləyib. Araşdırmalar daxilində, bir qəfəsdə çox sayda itin olduğu və heyvanların hərəkət etməkdə çətinlik çəkdikləri ifadə edilib. Eyni zamanda çox sayda itin çənəsinin sındığı,  bir çoxunun xəstə olduğu təyin olunub.  Stokerin RSCPA səlahiyyətliləriylə əməkdaşlıq etməyi rədd etdiyi bildirilir. Hakim qarşısına çıxan və heyvanlara gərəksiz zülm etməkdə günahkar hesab olunan Stokerin, 15 il  ev heyvan sahibi olması və it saxlamağı qadağan edilib.

Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu