Məhəmmədrəsul Məcidov nokautla qələbə qazanıb



Həvəskarlar arasında üçqat dünya çempionu olan Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov peşəkar rinqdə ilk döyüşünü keçirib.

"Sherg.az" APA-ya istinadən xəbər verir ki, 32 yaşlı boksçu sentyabrın 13-də Nyu-Yorkda amerikalı Ed Fonteynlə üz-üzə gəlib.

M.Məcidovun peşəkar rinqdəki debütü qələbə ilə başa çatıb. O, döyüşün 4-cü raundunda E. Fonteyni texniki nokautla məğlub edib. Bu, 30 yaşlı amerikalının karyerasında 7-ci məğlubiyyət olub.

Qeyd edək ki, "Matchroom Boxing USA" şirkəti ilə uzunmüddətli müqavilə imzalayan M.Məcidov tanınmış promouter Eddi Heynlə çalışır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu