"101. İl yürüşü" - Bakını azad edən şəhidlər anıldı + FOTOLENT


Bu gün saat 15:00-da Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasının 101-ci il dönümü münasibətilə yürüş keçirilib. 

"Sherg.az" xəbər verir ki, "101. İl yürüşü" adı altında gerçəkləşən tədbir Bakı-Şamaxı yolunun kənarında Qafqaz İslam Ordusu əsgərlərinin dəfn olunduğu Acıdərə adlı yerdə baş tutub. 

Yürüş Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyənin Azərbaycandakı Səfirliyinin birgə səyi nəticəsində ərsəyə gəlib. Mərasimə Türkiyənin ölkəmizdəki səfiri Ərkal Özoral, Azərbaycan Ordusunun çoxsalı zabit və əsgərləri qatılıb. Yürüşdə 101 Türk və 101 Azərbaycan bayrağı qaldırılaraq və dalğalandırılıb. Yürüşə qatılanların sayı olduqca çox olub və insan izdihamı yaşanıb. 
 
Bundan başqa, qeyd edək ki, sentyabrın 15-i saat 11:00-dan etibarən səfirliyin bağında konsert təşkil olunacaq.   





Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu