Türkiyənin zabit və veteranları Azərbaycana gəlib


Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranlarından ibarət nümayəndə heyəti Azərbaycanda gəlib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Sherg.az"a bildirilib ki, nümayəndə heyəti DOST Agentliyində olub və nazir Sahil Babayevlə də görüşüblər.

Sahil Babayev bildirib ki, 2025-ci ilə kimi 31 DOST mərkəzi açılacaq və bütün ölkə vətəndaşları bu xidmətlərlə əhatə olunacaq.

Tədbirdə Türkiyə və Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi, 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan milli ordu birləşmələrinin Bakını işğaldan azad etməsindən danışılıb, zəfər bayramının 101-ci ildönümü münasibətilə bir sıra tədbirlərin həyata keçiriləcəyi vurğulanıb.

Görüş zamanı qonaqlar Azərbaycanda müharibə əlillərinə, veteranlarına dövlətin yüksək səviyyədə qayğısının şahidi olduqlarını bildiriblər. Onları yüksək qonaqpərvərliklə qarşıladıqlarına görə minnətdarlıqlarını çatdırıblar.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu