Sabah hava buludlu olacaq


Sabah havanın  əsasən yağmursuz keçəcəyi  gözlənilir. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, sentyabrın 16-da bəzi yerlərdə yağış yağacaq, gündüz  hava dəyişkən buludlu olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu  gecə 16-20° isti, gündüz  24-27° isti, Bakıda gecə 17-19° isti, gündüz  25-27°  isti  təşkil edəcək. Atmosfer  təzyiqi norma daxilində 761  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  65-75 % olacaq.   
 
Ölkənin bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz  25-30° isti, dağlarda gecə 6-11° isti, gündüz  13-18° isti təşkil edəcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu