Konte Sarriylə “söz müharibəsi”nə başladı


İtaliya A seriyasının 3-cü turunda “Yuventus” “Fiorentina” ilə səfər matçında bərabərə qalıb (0:0).

Qol.az xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Maurisio Sarri oyunun saat 15.00-da başlamasının nəticəyə təsir göstərdiyini söyləyib.

“Mən bu haqda heç nə demək istəmirəm. Əks halda gərək mühasibat hesablarını və klubların büdcələrini müqayisə edək” . Sarrinin istidən şikayətlənməsinə münasibət bildirərərkən “İnter”in baş məşqçisi Antonio Konte belə deyib. “Kiməsə sakitləşmək lazımdır. O, indi güclü olan tərəfdədir” – deyə Konte əlavə edib.
 
Qeyd edək ki, bu, həm də Kontenin Sarrinin 2 il öncəki açıqlamasına cavabı da sayıla bilər. O vaxt “Napoli”ni çalışdıran Sarri bildirmişdi ki, “Yuventus”un matçları həmişə gec saatlarında başladığından çempionluq mübarizəsində komandasından üstünlüyü var.
 
Həmçinin Sarri demişdi ki, “Napoli” büdcəsinə görə “Yuventus”la rəqabət apara bilməz.

Maraqlıdır ki, “Yuventus”un futbolçularının gəliri “İnter”in oyunçularından çox olsa da, məşqçilərin qazancında Konte (mövsümə 11 milyon avro) Sarrini üstələyir (mövsümə 5,5 milyon avro).

Paylaş

Bizi Facebookda izləyin
menu
menu