17 dəfə vuruldu, amma... - FOTOLAR


İngiltərədə yaşayan Maggie adlı it inanılmaz hekayəsiylə hər kəsi duyğulandırır.  Çox böyük ağrılar çəkməsinə baxmayaraq, həyatda qalmağı bacaran Maggie sonunda çox çalışıb, müalicə iti olub.





Sherg.az xarici media istinadən xəbər verir ki,  5 yaşlı Maggie indi internet fenomenidir. Öz internet saytı olan Maggieni Instagramda da 250 min adam təqib edir. Onun inanılmaz hekayəsi Livanda bir daxmaya zəncirlənilmiş halda tapılanda başlayıb. Maggie bala verməyə az qalmış işgəncə görüb, güllə ilə 17 dəfə vurulub və buna görə iki gözünü də itirib.




Maggieni qorxunc bir vəziyyətdə görən bir nəfər vəziyyəti ictimai mediada paylaşmış və talehsiz heyvan "The Wild At Heart" adlı bir heyvanlara yardım dərnəyi tərəfindən sonunda xilas edilib. Çox çətin keçən əməliyyatlardan sonra Maggie İngiltərədəki yeni ailəsinə qovuşub.

İtin sahibi indi 25 yaşlı Kasey Carlin adında gənc bir qadındır. Maggie yeni evində sevgi dolu bir həyat sürməyə başlayıb və ağrıları da nəhayət dinib. Amma bu maraqlı hekayə burada bitmir. Maggie elə əzmli bir it ki, bütün təlimlərini alıb, imtahanları keçərək ən sonunda müvəffəqiyyətli bir müalicə iti olub.

Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu