Qazaxıstanda sərnişin qatarı avtobusla toqquşub, 2 nəfər ölüb, 9 nəfər yaralanıb



Bu gün Qazaxıstanda sərnişin qatarı avtobusla toqquşub.

APA-nın “sputniknews.kz” portalına istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 19.20 radələrində Yekağerinburq-Almatı avtomobil yolu yaxınlığında, Şamalqan dəmir yolu stansiyasında baş verib.

Qatar dəmir yolu keçidində relslər üzərində dayanmış avtobusa çırpılıb. İlkin məlumata görə, 2 nəfər ölüb, 9 nəfər yaralanıb.

Hadisə yerinə xilasedicilər göndərilib.

 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu