Ruhani Ankaraya gedib


İran prezidenti Həsən Ruhani Türkiyənin paytaxtı Ankaraya səfərə gedib.

"Sherg.az" Trend-ə istinadən bildirir ki, bu barədə İran prezidentinin rəsmi saytında bildirilir.

Məlumata əsasən, H.Ruhani Ankaraya sentyabtın 16-sı keçiriləcək Suriya üzrə üçtərəfli sammitdə iştirak etmək üçün səfər edib.

Qeyd edilir ki, Rusiya və Türkiyə liderləri ilə üçtərəfli görüşdən əlavə, İran prezidenti Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan ilə ikitərəfli görüşlər də keçirəcək.
 
Bildirilir ki, tərəflər həmçinin iqtisadi əlaqələr və regional təhlükəsizlik də daxil olmaqla bir çox məsələləri müzakirə etməyi planlaşdırırlar.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu