"Nissan"ın başçısı istefa verdi


Yaponiyanın "Nissan Motor" avtomobil korporasiyasının rəhbəri Xiroto Saikava istefa verib.

"Sherg.az" Trend-ə istinadən xəbər verir ki, onu bu postda müvəqqəti olaraq 63 yaşlı Yasuxiro Yamauti əvəz edəcək.

Qeyd edək ki, bu Yaponiya şirkətində problemlər artıq 2018-ci ildə sabiq başçı Karlos Qonanın maliyyə fırıldaqları və vergilərdən yayınmada ittiham olunmasından sonra başlayıb. Hazırda o, ev dustağıdır.

"Nissan"ın yeni müvəqqəti başçısının üzərinə avtomobil bazarında rəqiblər qarşısında zəifləmiş mövqelərini yüksəltmək kimi ağır iş düşür.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu