BNA yollardakı sıxlıqla bağlı Bakı sakinlərinə müraciət etdi


Bakı Nəqliyyat Agentliyi (BNA) yeni tədris ilinin başlanması ilə əlaqədar əhaliyə müraciət edib.

Agentlikdən "Sherg.az"a verilən məlumata görə, müraciətdə bildirilir ki, yeni dərs ilinin ilk günü ilə bağlı paytaxt Bakıda küçə və prospektlərdə, təhsil müəssisələrinin qarşısında sıxlıq yarana bilər: "Sıxlığın qarşısını almaq üçün ictimai nəqliyyatdan istifadə edək".

Qeyd edək ki, bu gün Azərbaycanda 2019-2020-ci tədris ilinin ilk dərs günüdür.

Azərbaycanda məktəblərdə dərslər Bilik Günü hesab edilən 15 sentyabrda başlasa da, bu il həmin tarixin həftənin bazar gününə təsadüf etməsi səbəbindən dərslər sentyabrın 16-da başlanır.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu