Batan “Estoniya” bərəsi və batan Kərimli


Azərbaycanda dağıdıcı müxalifətin “başında duran” və ictimai-siyasi sabitliyi pozmaq üçün min bir oyundan çıxan AXCP sədri Əli Kərimli kor tutduğundan buraxmayan kimi yenə mitinq sevdasına düşüb. Durub-durub sentyabrın 28-ə mitinq qərarı verib.

Yaxşı, niyə məhz 28 sentyabr? Hansısa əlamətdar gündürmü? Xeyr, adi bir şənbə günüdür. Düzdür, 28 sentyabr tarixdə bəzi əlamətdar hadisələrlə zəngindir. Məsələn, Brüsseldə dünyada ilk lombard açılıb. 7 illik müharibə başa çatıb və ruslar Berlinə giriblər. Baltik dənizində “Estoniya” bərəsi batıb. Və ya Filippinin keçmiş prezidenti Ferdinand Markos ölüb. Yəni bütün bu hadisələr Əli kərimlinin mitinq keçirməyinə əsas vermir. Burası bir məzə. Amma bu adam siyasətdə o qədər naşıdır ki, hələ də ağlına gəlmir, mitinq təiyn etdiyi gündən vur-tut iki gün sonra ölkə üzrə böyük bir sosial paketin icrası başlaycaq.

Prezidentin təşəbbüsü ilə pensiyaların minimum məbləği oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq. Bu, təxminən 25 faiz artım deməkdir. Minimum pensiya məbləğinin artırılması ümumilikdə 660 min pensiyaçını əhatə edəcək. Artımın edilməsi üçün illik 216 milyon manat, cari il (oktyabr-dekabr ayları) üzrə 62 milyon manat əlavə vəsait yönəldiləcək.

Minimal pensiya səviyyəsinin artımı da il ərzində həyata keçirilən ikinci ciddi artımdır. Belə ki, dövlət başçısının təşəbbüsü ilə qəbul olunan qanunla bu il martın 1-dən minimal pensiya məbləği də 116 manatdan 160 manata çatdırılmışdı, oktyabrın 1-dən isə 160 manatdan 200 manata qaldırılacaq.
Göründüyü kimi, il ərzində minimum əməkhaqları, əmək pensiyası ikinci dəfə ciddi şəkildə artır. Belə ki, əgər mart ayına qədər minimum əməkhaqqı 130 manat idisə, bu rəqəm 3 ayda iki dəfə artaraq əvvəlcə 180, sonra 250 manata yüksəldi. Bu, ümumilikdə 92,3 faiz artım deməkdir. Bu isə o deməkdir ki, oktyabr ayından ölkədə 200 manatdan aşağı pensiya alan olmayacaq.

Yaxşı, bu adam hansı gününə, hansı elektorata arxalanıb mitinq keçirmək sevdasına düşüb? Əli Kərimlinin ötən illər ərzində keçirdiyi mitinqlərə Azərbaycan ictimaiyyəti, xalqı dəstək verməyib. Müşahidələr zamanı görürük ki, belə mitinqlərə ictimaiyyət arasında maraq hər il daha da kəskin şəkildə azalır. Təbii ki, bunların çox ciddi səbəbləri var.

Çünki Azərbaycan xalqı onun kimliyini çox yaxşı bilir və bu baxımdan da Əli Kərimlinin mitinq keçirmək təşəbbüsləri qeyri-ciddi qəbul olunur. İnsanlar haqlı olaraq Əli Kərimliyə gülür və qeyd edirlər ki, 500-1000 nəfərlik mitinq etməyin nə mənası var?! Özünə hörmət edən şəxs heç zaman Əli Kərimlinin yanında qalıb, onun üçün fəaliyyət göstərməz. 

Əslində, Milli Şuranın mitinqlərini təşkil etməklə Əli Kərimli beynəlxalq təşkilatlardan aldığı maliyyə vəsaitini silmək niyyətindədir. Heç kimə sirr deyil ki, Əli Kərimli aldığı qrantlar hesabına layihə icra edir. Əli Kərimli hər zaman öz şəxsi maraqları naminə bütün təbəqələrdən istifadə etməyə çalışıb. Amma görünən isə odur ki,  Azərbaycan xalqı Əli Kərimliyə dəstək vermədi, mitinqdə çox az sayda insan iştirak edir ki, onlar da Əli Kərimlinin, Milli Şura üzvlərinin qohum əqrəbasıdır. 

Əli Kərimlinin şousunun əsl məqsədi ölkəmizə qarşı təxribat və yalan kampaniyası təşkil etməkdir. Bu istəyin başında da qrant durur. Olmayan siyasi məhbuslardan biznes qurmaq kimi əməlləri ictimaiyyətdə bilməyən yoxdu. İllər ərzində  Kərimli bir dəfə də ölkəsi üçün bir xeyirli iş görmədi. İşi ancaq ətrafına bir-neçə adamı yığıb şou düzəltmək oldu. Amma daha bu şouya baxmağa da gələn yoxdu. Çünki eyni tamaşaya nə qədər baxmaq olar?

Səbuhi SƏDƏF

Paylaş

Bizi Facebookda izləyin
menu
menu