Ötən gün 29 cinayətkar saxlanılıb


Daxili İşlər Nazirliyi ötən gün respublikada baş verən kriminal hadisələrin statistikasını açıqlayıb.

Nazirlikdən "Sherg.az"a verilən məlumata görə, gün ərzində törədilən 20 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən müəmmalı qalan 8 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 11 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş verən 3 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu