Şəkidə tələbə atraksiondan yıxıldı


Şəkidə kollec tələbəsi atraksiondan yıxılaraq ağır xəsarət alıb.
APA -nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün Şəki şəhərində, M.F.Axundov adına istirahət parkında baş verib.
2003-cü il təvəllüdlü, Bərdə rayon sakini Xəyalə Vüsal qızı Durmuşova atraksiondan yıxılaraq ağır xəsarət alıb. X.Durmuşova Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Məlumatda bildirilir ki, X.Durmuşovaya çanaq sümüklərinin sınığı və sidik kisəsinin partlaması diaqnozu qoyulub. Hazırda X.Durmuşovanın üzərində cərrahiyyə əməliyyatı aparılır.
X.Durmuşova Şəki Pedaqoji Kollecinin tələbəsidir.
Faktla bağlı araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu