AzTV-nin loqosu,"İdman Azərbaycan"ın adı dəyişdi


“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) daxil olan televiziya kanallarının loqosu dəyişib.

Report-un xəbərinə görə, dəyişikliklə "İdman Azərbaycan" telekanalının adı İdman TV olub. Yeni loqoda AzTV-nin, Mədəniyyət TV-nin və İdman TV-nin adı ağ şriftlərlə qeyd olunub. TV isə müvafiq olaraq, göy, qırmızı və yaşıl rəngli üçbucaqların daxilində əks olunub.

Qeyd edək ki, bu il sentyabrın 4-də Prezident İlham Əliyev Rövşən Məmmədovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. Rövşən Məmmədov yanvarın 15-dən QSC sədri vəzifəsini icra edirdi.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu