BMU-da Tələbəyəm! Mən bu günün tələbiyəm! Mən sabahın tələbiyəm! adlı açılış mərasimi... - Fotolar



Bakı Mühəndislik Universitetində 2019-2020-ci tədris ilinin başlaması münasibəti ilə açılış tədbiri keçirilib. Tədbirdəuniversitetin professor-müəllim heyəti, valideynlər və tələbələrlə yanaşı Abşeron rayon İcra Hakimiyyətinin başcısı İradə xanım Gülməmmədova,  Millət vəkili, Milli MəclisinElm və təhsil komissiyasının üzvü Sona xanım Əliyeva və Layihə-Axtarış Energetika İnstitutunun direktoru, akademik  Arif Həşimov iştirak edib.

"Sherg.az" xəbər verir ki, öncə universitetin rektoru, professor Havar Məmmədov professor-müəllim heyəti adından tədbir iştirakçılarını salamlayıb və tələbə adını qazananları təbrik edib.Professor Havar Məmmədov ölkəmizdə əsası umummilli lider Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasətinin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Rektor bildirib ki, BMU Azərbaycanın ali məktəbləri arasında öz dəsti xətti olan bir təhsil ocağıdır. Qeyd edib ki, təhsilin bakalavr və magistr səviyyələrinə qəbul yüksək səviyyədə olub. Belə ki, 2019-2020-ci tədris ili üzrə 212 nəfər magistr, 1028 nəfər isə bakalavr ixtisaslarını seçib. Bakalavr səviyyəsi üzrə 132 nəfər 500-600 bal arası, 42 nəfər 600-dən çox bal toplayıb. Bakalavriat səviyyəsinə qəbul olanlardan 489 nəfəri dövlət sifarişlidir.
Daha sonra çıxış edən Abşeron rayon İcra Hakimiyyətinin başcısı İradə xanım Gülməmmədova “Bilik günü” münasibəti ilə universitetin müəllim və tələbə heyətini təbrik edib. O, Ölkə başçısıcənab İlham Əliyevin inkişaf strategiyasında prioritet elan etdiyi sahələrdən biri kimi təhsilə göstərdiyi diqqət və qayğıdan danışıb. Son illərdə ölkəmizdə, eləcə də Abşeron rayonunda təhsil sahəsində görülən işlərdən və yeni tikilən təhsil ocaqları barədə ətraflı məlumat verib. 

Millət vəkili, MM-sin Elm və təhsil komissiyasının üzvü Sona xanım Əliyeva və Layihə-Axtarış Energetika İnstitutunun direktoru, akademikArif Həşimovçıxış edərək gənclərin layiqli vətəndaş kimi yetişməsində universitetin rolundan danışıblar. Millət vəkili Sona xanım Əliyeva təhsil sahəsində aparılan islahatlar və həyata keçirilən dövlət proqramları haqqında ətraflı məlumat verib.

Bu il ən yüksək nəticə göstərərək 666.70 balla Bakı Mühəndislik UniversitetiPedaqoji fakültənin Riyaziyyat və İnformatika müəllimliyi (ingiliscə) ixtisasına qəbul olan Zəhra Quliyeva və Bakı Mühəndislik Universitetinə qəbul olan Həsənzadə Səadətinvalideyni Həqiqət Həsənzadə çıxış edərək sevinc hisslərini və ürək sözlərini tədbir iştirakçıları ilə bölüşüblər.
Sonda yüksək bal toplayaraq Bakı Mühəndislik Universitetinə qəbul olan tələbələrə hədiyyələr və tələbə biletləri təqdim olunub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu