Azərbaycanda dəhşətli qəza: sərnişinin ayaqları amputasiya edildi


Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA -nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 04.30-da Bakı-Qazax magistral yolunun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, evakuatoru idarə edən sürücünün yuxulaması nəticəsində avtomobil yolun kənarında dayanan “KaMAZ” markaılı avtomobilə çırpılıb. Nəticədə evakuatorda olan sərnişin Gəncə sakini, 1980-ci il təvəllüdlü Dünyamalıyev Taleh Fərman oğlu ağır vəziyyətdə-ayaqlarının travamtik amputasiya və travmatik şok diaqnozu ilə Şirvan şəhər xəstəxanasına yerləşdirlib və əməliyyata götürülüb.
Faktla bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu