Səhiyyə Nazirliyindən Balakəndə karantin elan edilməsi xəbərinə MÜNASİBƏT


Sosial şəbəkələrdə Balakən rayonunun Yeni Şərif və Qaysa kəndlərində naməlum xəstəliyin aşkarlanması, həmin kəndlərdə karantin elan edilməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Balakən Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Dilbər Quliyevanın verdiyi məlumata görə, adı çəkilən kəndlərin tibb məntəqələrinə hər hansı bir xəstəliklə bağlı müraciət edən olmayıb. Həmin kəndlərə yaxın ərazidə yerləşən Qabaqçöl qəsəbə xəstəxanasına da adı çəkilən kənd sakinlərindən hər hansı bir müraciət qeydə alınmayıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu