Azərbaycan Radiosunda Bədii Şura yaradıldı - SİYAHI


“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzdindəki Azərbaycan Radiosunda Bədii Şura yaradılıb.

Bu barədə  AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bədii Şuranın tərkibi aşağıdakı kimi müəyyən olunub:

1. Rəşad Nəsirov- AzTV-nin sədr müavini

2. İlham Rəhimli – “Mədəniyyət” kanalı Proqram direktorunun müavini

3. Eldost Bayramov – Diktor

4. Ələmdar Quluzadə - “Uşaq verilişləri” redaksiyasının baş redaktoru

5. Şəfəq Əlizanlı – “Ədəbiyyat və İncəsənət” redaksiyasının baş redaktoru

6. Qorxmaz Şıxalıyev -“Səhər” redaksiyasının baş redaktor müavini

7. Rövşən Ramazanlı – “Xəbərlər” redaksiyasının baş redaktor müavini.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən AzTV-də artıq 8 aydır televiziya sahəsində Bədii Şura fəaliyyət göstərir. Şura hər ay 2 dəfə toplanır və müzakirələr aparır. Radioda yaradılan bədii şura da 2 aydan bir toplanacaq və Azərbaycan Radiosunda yayımlanacaq musiqi və verilişlərin keyfiyyətinə nəzarət edəcək.

Qeyd edk ki, AzTV-də yeni mövsümdə daha bir sıra yeniliklərə start verilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu