Internetdə uşaqlarla bağlı məhdudlaşdırıcı xəbərdarlıq əks olunacaq


Azərbaycanda internet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq mətni əks olunacaq.

APA -nın məlumatına görə, bununla bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik təklif edilir.
Belə ki, sənədə yeni 13-2.6-cı bənd əlavə olunur. Yeni bəndə görə, internet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq mətni əks olunmalıdır.
Qanun layihəsinə dəyişiklik Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilərək, plenar iclasa tövsiyə olunub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu