Stadnik dünya çempionatının finalında


Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən Mariya Stadnik yarımfinal görüşünü keçirib.

"Sherg.az" qol.az-a istinadən xəbər verir ki, Yanan Sunla (Çin) qarşılaşan idmançımız 6:4 hesablı qələbə ilə finala yüksəlib.

Qeyd edək ki, güləşçimizin sentyabrın 18-də keçiriləcək həlledici görüşdəki rəqibi Emilia Alina Vuç (Rumıniya) olacaq.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu