“Paşinyan  nəticə çıxarmalı, yoxsa  ölkəsi üçün acınacaqlı durum yaranacaq"

“Ermənistan baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Metyu Brayzanın dediklərinə qarşı yenidən əks arqument səsləndirir. Deməli, danışıqlar müsbətə doğru getməyəcək”. 

Bunu “Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

Analitik bildirib ki, Qarabağın Ermənistana aid olmadığını bütün beynəlxalq təşkilatlar qəbul edir: 



“Bütün beynəlxalq qurumlar problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyirlər. Ermənistan Azərbaycanın keçirdiyi genişmiqyaslı hərbi təlimlərdən nəticə çıxarmalıdır, yoxsa, ölkəsi üçün acınacaqlı durum yaranacaq.

Məlumdur ki, sentyabrın sonunda XİN rəhbərlərinin növbəti görüşü gözlənilir. Ancaq xarici işlər nazirlərinin görüşündə müsbət irəliləyiş olmayacaq. Görüş sadəcə imitasiyadır. Yaxşı olardı ki, görüşdə heç olmasa əsirlərin dəyişdirilməsi məsələsi müzakirə edilsin və həllini tapsın.

Ümumiyyətlə, ərazilərin qaytarılması Paşinyanla mümkün deyil. Bu şəxs prosesləri tormozlayır və danışıqları sabotaj edir. Əslində Paşinyanın bu davranışları rəsmi Bakının maraqlarına cavab verir. Erməni tərəfi münaqişənin həllindən yayınır. Azərbaycan bunu əlində rəhbər tutaraq hərbi əməliyyatlara başlamalıdır”. 


Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu