Avrostat: Bolqarıstanın 41 faizi meşə ilə əhatə olunub


Bolqarıstanın 41 faizi meşələrlə əhatə olunub. Bu barədə Avropa Statistika agentliyi (Avrostat) məlumat verib.

Bildirilir ki, 2012-ci illə müqayisədə ölkədə meşələrin sahəsi 2,6 faiz artıb. Avropa İttifaqında (Aİ) isə Bolqarıstan bu statistikaya görə 9-cu yeri tutur. Birinci yerdə olan Finlandiyanın 2/3 hissəsinin meşə sahəsi təşkil edir. Sonrakı yerdə Sloveniya və İsveç, sonuncu yerlərdə isə Malta, Hollandiya və Böyük Britaniya gəlir. Eyni zamanda “Avrostat”ın məlumatında bildirilir ki, Bolqarıstanın 44,7 faizi bitki örtüyü ilə bürünüb. Bu göstəriciyə görə isə ölkə Aİ-də 10-cu yeri tutur.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu