Dünən yollarda 7 nəfər ölüb


Daxili İşlər Nazirliyi ötən gün respublikada qeydə alınan kriminal durumun statistikası barədə məlumat yayıb.
Nazirlikdən "Sherg.az"a verilən məlumata görə, gün ərzində törədilən 24 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş verən 6 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər həyatını itirib, 2 nəfər xəsarət alıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu