Erməni əsilli fransız yazıçı Paşinyanın «demokratik portretini» darmadağın etdi : « Ona nifrət edirəm ! » 


Erməni əsilli fransız yazıçı Döni Donikyan Ermənistanın baş naziri Nikol Paşinyanın siyasi portretini darmadağın edən «Paşinyana nifrət edirəm» başlıqlı  məqalə yazıb.
 
« Sherg.az» «armenews.com” saytına istinadən xəbər verir ki, yazıçı oxucularının onun yazıları üçün darıxdığını söyləyib. Qeyd edib ki, səhhəti ilə bağlı xeyli müddəti idi ki, Ermənistan, erməni xalqı, Ermənistan siyasiləri və katalikos K2 ilə bağlı heç bir yazı yazmayıb. Müəllif onu da əlavə edib ki, qələmə aldıqları çox cəsarətli və nadir yazılar olur: 



“Görünür oxucuların oxumağa maraqlı və məntiqli bir yazı tapmadıqları üçün məndən yazı yazmağımı xahiş ediblər. Deyim ki, artıq sabiq prezidentlər - Koçaryan və Sarkisyanla bağlı “dişimin altına qoymağa heçnə yoxdur. Çünki zamanında onların yürütdüyü siyasətin mənasızlığı, Ermənistan cəmiyyətini “ağlayan cəmiyyətdən gülən cəmiyyətə” çevirəcəkləri ilə bağlı vədlərinə xilaf çıxmalarından çox yazmışam. İndi isə növbə xalqa böyük vədlər verən baş nazir Nikol Paşinyana çatıb. N. Paşinyan xalqa olduqca böyük vədlər verib, əslində isə heç bir vəd verməmiş kimi davranır. 

Paşinyana nifərt edirəm. Çünki o yenicə dünyaya gəlmiş uşağın dərisi kimi qədər nazik və müqavimətsiz olan işlərlə məşğuldur. Lakin mən belə şirin körpələri dişləyə bilmirəm, yəni onun gördüyü işlərlə razılaşa bilmirəm. Mən bunu bacarmıram. 

Paşinyana nifrət edirəm. Çünki nə onun bəyanatları , nə də hərəkətləri mənim istintinktimi tərpədə bilir. Sarkisyan və Koçaryanın fəaliyyəti aydın idi.  Onlar nəysə edəndə də , bu anti-demokratik olurdu, onlar heç nə etməyəndə də anti-demokartik olurdu. Məsələn, onlar 1 mart hadisələrindən sonra zəlzələdən əziyyət çəkən evsizləri mənzillə təmin edəcəkləri vədini verdilər, amma vədlərinə əməl etmədilər. Hələ mən gündəlik həyatlarını zillət içərisində keçirən kasıblardan danışmıram. Və belələrinin sayı yüzlərlədir. 

Bununla belə mən yenə də Paşinyana nifət edirəm. Çünki  o getdikcə o öz inqilab şousu ilə məni mənən öldürür. Bir yazıçı kimi mənən ölürəm, can verirəm. Özümü, erməni xalqını alçalmış hiss edirəm. 

Əziz oxucularım, xatirlayırsınıza, 2011-ci ildə Nikol Paşinyanın hakimiyyətə gələcəyinə dair təxminlər irəli sürmüşdüm. Zamanında Sarksiyan və Koçaryanla bağlı  söylədiklərimə görə, məni tənqid edirdilər, ələ salırdılar. Amma indi mənim haqlı olduğumu görürlər. Hazırda Paşinyanla bağlı bu tənqidi yazını yazıram . Və rahatam ki, iddialarım özünü doğruldacaq. Ona görə ki, mən həqiqəti yazıram. Bu, içimi rahatladır və sözümü uca səslə çatdıra bilirəm. 

Bütün hallarda mən Paşinyana nifrət edirəm. Paşinyanın hakimiyyətə gəldiyini təxmin etsəm belə, Sarkisyanın tarixin zibilliyinə atılması üçün tələsirdim. 

Onu da demək lazımdır ki, Paşinyan “yaxşı məktəb” keçib. O heç bir mitinqi, aksiyanı əldən vermədi. Eyni zamanda o həbsxana qəfəslərini də əldən vermədi. Hazırda erməni ziyalılar sakit rejimə keçiblər, susurlar, danışmırlar. Mən isə onların müdafiəsini öz üzərimə götürmüşəm. 

Paşinyan demokratiya adlı bir amildən istifadə etdi. Koçaryan , Sarkisyan və Ter- Petrosyan demokratik xoşbəxtliklə nəfəs almaq istəyən xalqı ümidsizliyə  düçar etdi. Bəs, gəlin, görək Paşinyanın demokratik xoşbəxtlik adlı seçimi nədən ibarətdir ? Öncə deyim ki, demokratik xoşbəxtlik xalqla hakimiyyət arasındakı bağlılığın harmaniyası deməkdir. Bu isə bir növ hakimiyyətin şəffaflıq və dinamik davranışından qaynaqlanan bir məsələdir. 

Baxın, bir ildən artıqdır ki, Paşinyan inqilabı çiçəklənmə adı ilə hakimiyyəti ələ keçirib. O, bu bir il ərzində sələflərindən fərqli nə edə bilib ? Ermənistan anklav (quru yolu olmayan ) bir ölkədir. Hələ də qonşularla müharibə şəraitindədir, qonşuları ilə düşmənçilik siyasətini davam etdirir. Əlbəttə, ermənilərin içərisində də ağıllı insanlar var ki, Paşinyanın qərarlarına hiddət və qəzəb püskürürlər. Paşinyan onları dəvət edib, danışıqlar aparmalıdır. Əgər Paşinyan vətəndşaların istək və hüquqlarını təmin etmək istəyirsə, onların demokratik tələblərinə də cavab verməlidir. Demokratk yolla seçilən hökumət insanların xoşbəxtliyini də təmin etməlidir. 

Əlbəttə, bu fonda da Paşinyanın tənqid olunmalı xeyli tərəfləri var. Həmin ümumi maraqlarla bağlı tənqid olunmalı xeyli məsələlər mövcuddur. Tənqid insanlarda inam yaradır. 

Nə vaxta qədər ki, Paşinyan hokuməti masanın üstünə konkret siyasi xətt qoymayacaq, o vaxta qədər ona qarşı narazılıqlar daha da güclənəcək. Yenidən fundamental inqilabların baş verməsi də mümkün görünür. Korrupsiya, yalan vədlər və qohumbazlıqlara qarşı sərt şəkildə mübarizə aparılmalıdır.  
Paşinyan korrupsiyadan dilə gəlmiş narazı kütləni unutmasın. Ordu və səhiyyə ilə bağlı da xeyli ağır problemlər var. Bunlar unudulmamalıdır. 

Bundan başqa Paşinyan bilməlidir ki, Ermənistanın istedadlı gənclərini pedaqoji qaranlıqdan çıxarmalıdır. Onları yeni texnologiyaları öyrənməyə yönləndirmək lazımdır. Bu gün texnolgiya əsrində yaşayırıq. Və bu dünyanın ən mühüm sahələrindən biridir. Ermənistan gəncləri ac-yavac gəzirlər. Onların içərisində bacarıqlıları, savadlıları olmamış deyil, lakin həmin gənclərə şəarit yaradılmır. XXI əsrdə yazıb-oxumağı bilməyən erməni uşaqlar tanıyıram. Bu məsələlər həllini tapmalıdır. 

Erməni diasporası Koçaryan və Sarksiyanın gözündə sağmal inək idi. Paşinyan da Dağlıq Qarabağ kartında istifadə edərək həmin xətti davam etdirir. Sonda onu bir daha qeyd edirəm ki, xalqla hakimiyyət arasında qarşılıqlı inamı bərpa etmək üçün vahid və ədalətli platforma olmalıdır. Amma bu yoxdur. 

Bəli, mən Paşinyana  nifrət ediərm. Çünki o mənim yazmağıma mane olur. 
Düzdür, o özünü demokratik və şərəfli insan  kimi tanıda bilib. Amma baş nazirin özünü şərəfli və demokratik bir siyasətçi kimi qələmə verməsi onun özünə mane olur. 


Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu