“Amulsara görə, Ermənistanda etirazlar dərinləşir”- Paşinyan ağır durumda

Amulsar qızıl mədəninin “Lydian Armenia” şirkəti tərəfindən işlədilməsi erməni cəmiyyətində hökumətlə xalq arasında fikir ayrılığının yaranmasına səbəb olub. Qızıl mədəni ətrafında Ermənsitanda siyasi xaos davam edir.

Ermənistan hökumətinin düşdüyü isterik durum Nikol Paşinyanın da ictimai nüfuzuna mənfi təsir göstərməkdədir. “Demokratik” siyasi elita qərb sərmayesi və xalq iradəsi arasında manevr etməkdə davam edir. Paşinyan layihəyə neqativ yanaşan xalqın qarşısında aciz qalıb.

Layihə baş tutmayacağı təqdirdə Paşinyan Qərbin dəstək və etimadını itirəcək. Nəticə etibarı ilə Ermənistanın investisiya mühiti pisləşəcək və etibarsız tərəfdaş imici formalaşacaq.



Məsələ ilə bağlı “Sherg.az”a danışan Qarabağ Azadlıq Təşkilatının sədri (QAT) Akif Nağı bildirib ki, Ermənistanda baş verən hadisələr, Paşinyanın hakimiyyətə gəlməsi “gözə kül üfürmək” idi. 

QAT sədrinin sözlərinə görə, Paşinyan və onun arxasında olan qüvvələr hakimiyyətə Ermənistanda olan var-dövlətin yenidən bölüşdürülməsi niyyəti ilə gəliblər:

“İlk gündən də aydın şəkildə görsənirdi ki, köhnə komandanın bütün imkanlı oliqarx adamlarını həbs edib ölkədən qovdular. Qızıl mədənlə bağlı gedən mübahisələr də bunun davamıdır. Paşinyan çox ağır duruma düşüb.

Aydın şəkildə görünür ki, Paşinyanın şəxsi maraqları var. Çalışır ki, qızıl mədəni özlərinin nəzarətində olsun. Ermənistan dövləti haqqında danışmaq o qədər yerinə düşmür. Hər halda Paşinyan şəxsi maraqlarından çıxış edir. Cəmiyyətdə gedən proseslər bunu açıq-aydın göstərir”. 

A.Nağı qeyd edib ki, Ermənistanda əmlak məsələsi  yenidən gündəmdədir:

“Paşinyan və onun adamlarının əsas məqsədi əmlak bölgüsünü ələ keçirmək, əsas gəlir gətirən mənbələri nəzarətlərinə götürməkdir. Ona görə də istər-istəməz Ermənistanın daxilindəki proseslər getdikcə gərginləşir.

Məlumdur ki, Robert Köçəryanın həbs edilməsi, Sarkisyana qarşı müəyyən təzyiqlərin həyata keçirilməsi əmlak davasından irəli gəlirdi. Belə baxanda Köçəryan elə də təhlükə təşkil etmir, amma onu həbsdə saxlayırlar. Ermənistanda gərginlik yüksələn xətlə davam edəcək. Çünki ortada böyük var-dövlət yoxdur.

Ona görə də nisbətən kiçik bir qızıl mədəninin üstündə bu qədər qarşıdurma yaranır. Paşinyanın sıradan və tamahkar obrazı getdikcə daha çox görünür. Məhz buna görə də Ermənistanda etirazlar var. Bu etriazlar daha da dərinləşəcək”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu