“Meyvə-tərəvəz boldursa, ona əlimiz niyə çatmır ? ! ” – Ekspertdən ritorik sual 


Azərbaycanın meyvə-tərəvəz ixracının həcmi 7 faiz artıb. Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan 361,73 milyon ABŞ dolları dəyərində 364,959 min ton meyvə-tərəvəz ixrac edib. Bu da ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 45,892 milyon dollar (14,5%) və 23,966 min ton (7%) çoxdur. 

Maraqlıdır, Azərbaycanın meyvə-tərəvəz istehsalı artıbsa, nə üçün ölkədə bu məhsulların qiyməti “əl yandırır”?



Suallarımızı cavablandıran iqtisadçı-ekspert Nazim Bəydəmirli “Sherg.az”a söyləyib ki, ümumiyyətlə, iş adamları və ya ixracla məşğul olanlar ilkin olaraq, ölkə daxilində bu satışı həyata keçirir:

“Bu baxımdan dövlət komitələrinin verdiyi məlumatlar insanlarda hər zaman şübhə doğurur. Vətəndaşlar daxili bazarda meyvə-tərərvəz məhsullarının qiymətinin yüksək olduğu bir vaxtda belə bir rəqəmləri eşitdikdə özünə sual verir ki, “ölkədə meyvə-tərəvəz boldursa, bəs ona bizim əlimiz niyə çatmır?”. Bu baxımdan hesab edirəm ki, iqtisadi fəaliyyət artdıqca, məhsul bolluğu yarandıqca, onu ilk əvvəl ölkə vətəndaşları hiss etməlidirlər. Sonra isə komitələr statistik məlumatlar verə bilərlər”.

N.Bəydəmirli onu da söyləyib ki, ola bilsin, qonşu ölkələrdən Azərbaycan üzərindən məhsulların ixracı baş verir:

“Yəni, bu sahədə İranında böyük rolu ola bilər. İran iqtisadi sanksiyalara məruz qalıb. Bu baxımdan onun məhsulları Azərbaycan adına rəsmiləşdirilib, xarici ölkələrə ixrac oluna bilər. Bir zamanlar Rusiya-Türkiyə münasibətləri pisləşdikdə bu məqamı müşahidə etmişdik”. 

Paylaş

Bizi Facebookda izləyin
Kənan Eynuroğlu Yazarın yazıları
menu
menu