“Ermənistanın müxtəlif bölgələrində etiraz dalğaları genişlənir” – XAOTİK DURUM 


Amulsar qızıl mədəninin “Lydian Armenia” şirkəti tərəfindən işlədilməsi erməni cəmiyyətində hökumətlə xalq arasında fikir ayrılığının yaranmasına səbəb olub. Qızıl mədəni ətrafında Ermənsitanda siyasi xaos davam edir.

Ermənistan hökumətinin düşdüyü isterik durum Nikol Paşinyanın da ictimai nüfuzuna mənfi təsir göstərməkdədir. “Demokratik” siyasi elita qərb sərmayesi və xalq iradəsi arasında manevr etməkdə davam edir. Paşinyan layihəyə neqativ yanaşan xalqın qarşısında aciz qalıb.

Layihə baş tutmayacağı təqdirdə Paşinyan Qərbin dəstək və etimadını itirəcək. Nəticə etibarı ilə Ermənistanın investisiya mühiti pisləşəcək və etibarsız tərəfdaş imici formalaşacaq.



Mövcud durumla bağlı “Sherg.az”a danışan millət vəkili Elman Məmmədov vurğulayıb ki, Paşinyan qanuni yolla deyil, küçə yürüşləri və təzyiqləri vasitəsilə Ermənistanda hakimiyyəti devirdi və zəbt elədi. 

Deputat bildirib ki, Paşinyanın demokratiya və qayda-qanundan danışmağa heç bir haqqı yoxdur:

“O, bütün dünyanın gözü qarşısında, Ermənistanda çevriliş edərək hakimiyyəti zəbt elədi. Paşinyan avantürist, hay-küyü ilə küçələrdə aksiyalar zamanı əhaliyə nə vədlər vermişdisə, onun heç birini yerinə yetirə bilmədi, bilmir, bilməyəcək də. Çünki Ermənistan qonşularla müharibə vəziyyətində işğalçı siyasət yürüdərək heç nəyə nail olan deyil.

İqtisadi cəhətdən olan gerilik getdikcə özünü daha qabarıq şəkildə büruzə verir. Ermənistanın müxtəlif bölgələrində etiraz dalğaları genişlənir. Əhali onlara verilən sözlərin yerinə yetirilmədiyi üçün etirazlar edir. Həmin etirazlardan biri də Amulsar qızıl mədəni ilə bağlı məsələdir”. 

Deputatın fikrincə, Amulsar qızıl mədəni Ermənistan təbiətinə, ekoloji durumuna nə qədər zərbə vurursa, bizə ondan da böyük təhlükə yaradır:

“Çünki həmin qızıl mədənində olan tullantı və zəhərli maddələr Araz çayına axıdılır. Araz çayı isə Azərbaycan ərazisinə gəlir. Azərbaycan tərəfi olaraq aidiyyatı qurumlar beynəlxalq institutlara müraciət edib, etirazlarını bildirib.

Maraqlısı budur ki, Ermənitsanın dostu olan, onları təmin-təchiz edən İran da Araz çayından istifadə edir. Amma hələ ki, səsini çıxarmır, yəqin, dostlarının xətirinə dəymək istəmir. Paşinyanın ətrafında kimlər var idisə, getdikcə ona qarşı çıxırlar. Bu da onu göstərir ki, yaxın zamanlarda Ermənistanda dövlət çevrilişi olacaq”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu