"AMEA-da lisey, gimnaziya açmağa nə ehtiyac var? " – Ekspert əleyhinədir 


Nadir İsrafilov: “Akademiya elmi fəaliyyətlə məşğul olmalıdır. Hazırda ölkəmizdə elmə böyük ehtiyac var. Elm lazımi səviyyədə deyil. Akademiya elmimizə töhfə verməlidir, ora elm adamları yığışır”




Gələn ildən Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) lisey fəaliyyət göstərə bilər. Bu barədə AMEA-nın prezidenti Akif Əlizadə deyib.

Onun sözlərinə görə, akademiyada liseyin yaranması nəzərdə tutulan məsələlərdən biridir: 

“İstərdik ki, 10-11 ci sinif şagirdləri akademiyanın liseyinə qəbul olunsunlar. Güman edirəm ki, akademiyanın 75 illiyi ilə əlaqədar gələn ildən burada lisey fəaliyyətə başlayacaq”.

AMEA prezidenti əlavə edib ki, bu gün akademiya həm təhsil ocağı, həm də elmi müəssisədir.

Xatırladaq ki, bir zamanlar akademiyanın nəzdində magistratura şöbəsi yaradılıb. Maraqlıdır, lisey siniflərinin AMEA-nın tərkibində fəaliyyət göstərməsinə ehtiyac varmı?



Sualımızı cavablandıran təhsil üzrə ekspert Nadir İsrafilov “Sherg.az”a bildirib ki,, ümumilikdə lisey siniflərinin yaradılması müsbət tendensiyadır:

“Çünki liseylər yeni tipli təhsil müəssisələridir. Məsələn, Qubada, Şəkidə ayrı-ayrılıqda Kimya, Biologiya, Fizika, Riyaziyyat təmayüllü gimnaziyaların filialları açılır. Bunlar olduqca yaxşı haldır.

Amma hər təhsil müəssisəsinin öz funksiyası var. Akademiya elmi fəaliyyətlə məşğul olmalıdır. Hazırda ölkəmizdə elmə böyük ehtiyac var. Elm lazımi səviyyədə deyil. Hətta dəfələrlə yazılıb ki, elmin inkişaf etdirilməsi vacibdir. Əvvəllər də təklif edilmişdi ki, akademiyanın nəzdində tədrislə bağlı magistratura şöbələri açılsn. Akademiya elmimizə töhfə verməlidir, ora elm adamları yığışır”.

Ekspert AMEA-da lisey sinfilərinin açılmasının qəti əleyhinə olduğunu diqqətə çatdırdı:

“Bir zamanlar institutlar və universitetlər var idi. Məsələn, institunun vəzifəsi konkret sahə üçün mütəxəssis hazırlamaqdır. Azərbaycan Dövlət Pedaqoji Universiteti müəllim, Tibb institutu isə həkim hazırlayırdı.

Biz isə bütün bunların hamısını universitet adı ilə ümumiləşdirdik. Dünya təcrübəsində də hazırda institut və universitet var. Biz isə universitetlərin fəlaiyyətlərini genişləndirdik. Universitetlər universal şəkildə fəaliyyət göstərirlər. Amma Massaçusets institutunun 75 nobel mükafatçısı var.

Onlar özlərini univeristet yox institut adlandırırlar. Bunu deməkdə məqsədim odur ki, institut və universitetin funksiyası tamam fərqlidir. Akademiyada lisey və ya gimnaziya açmağa nə ehtiyac var? Görünür magistratura şöbəsi ilə kifayətlənmədilər və orta məktəblərə meyil saldılar. Hesab edirəm ki, hər kəs öz işi ilə məşğul olsa, daha yaxşı olar”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu