Mindən çox abonentin qazı olmayacaq 

 
Ölümlə nəticələnən yol qəzasında avtomobil qaz kəmərinə çırpılıb.
“Azəriqaz”dan "Sherg.az" a daxil olan məlumata görə, Goranboy rayonunun Balakürd kəndində bir nəfərin ölümü ilə nəticələnən qəzada minik avtomabili idarəetməni itirərək yolun kənarındakı diametri 219 mm olan orta təziqli qaz kəmərinə çırpılıb. Qaz kəməri iki yerdən qırılıb və 3 yaşayış məntəqəsində mindən çox abonentin qaz təminatı dayandırılıb. Səhər saatlarında qazın verilişi üçün bərpa işləri aparılacaq.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu