Ramal düz deyir, səsi olmayanlar oxumamalıdır

"Mən peşəkar rəqqasəyəm. Bu sözümün da arxasında duracaq işlərim, layihələrim var"


Müğənni-bəstəkar Ramal İsrafilov "Üçəlli" verilişində qalmaqallı açıqlamalar verib.

O, əvvəlcə Amerikaya köçən Elariz Məmmədoğlunun oxumasını tənqid edib: "Elarizi Amerikaya göndərdik, yenə burada çıxır adı. Bəxtinə baxın, özü Bakıda yoxdur, reklamı gedir. Allah canını sağ eləsin, tembri də yoxdur. Səhər kanalı açıb onun səsini eşitsəm, kanalı çevirərəm. Onun səsi məni narahat edir".

Ramal daha sonra rəqqasə Fatimə Fətəliyevanın oxumağını qınayıb: "Fatimə, oxuma. Millətin zövqünü korlamayın. Dostumdur, buradan ona açıq deyirəm. Rəqqasədir, xınalarda götürür bəy-gəlin üçün oxuyur. Çəkirlər, videoları yayılır, gündəmə gəlir. Başqa ölkədə də baxır deyirlər ki, Azərbaycan musiqisi bu gündədir. Hərə öz işi ilə məşğul olsun".

Rəqqasə Fatimə ilə əlaqə yaratdıq. Ramal İsrafilovun tənqidinə münasibətini dilə gətirən Fatimə Fətəliyeva «Şərq»ə bunları söylədi:

«Ramalın efirdə söylədiklərini mən də izlədim. Ramal məni tənqid etməyib, o, professional səhnədə oxuyan, amma səsi olmayanları tənqid etdi. Ramalın tənqidində həqiqətlər var.

Bəli, bu gün bizi təkcə Azərbaycanda izləmirlər ki. Dünyanın bir çox yerlərində bizi izləyənlər var, ona görə də musiqimizi peşəkar şəkildə təqdim etmək lazımdır. Mənə gəlincə, mən heç bir yerdə, heç bir müsahibəmdə, açıqlamalarımda müğənni olduğumu deməmişəm, bu, gülməli səslənər. Mən müğənni deyiləm. Efirdə, peşəkar səhnədə də oxumamışam, oxumaq da niyyətində deyiləm. Mən el şənliklərində, daha dəqiq xına mərasimlərində bəy-gəlin üçün oxuyuram.

Bu peşəkar səhnədə olmur ki, deyilən tənqidi öz ünvanıma qəbul edim. Mən xına mərasimlərində çıxış edirəm, bu bir  biznesdir. Mən peşəkar rəqqasəyəm. Bu sözümün da arxasında duracaq işlərim, layihələrim var. Peşəkar rəqqasə kimi iddialıyam. Amma deyə bilmərəm ki, mən müğənniyəm. Bəli, bu gün elə müğənnilər var ki, oxuya bilmirlər, amma özlərini müğənni kimi təqdim edirlər.

Ramal isə mənim dostumdur, Allah ona can sağlığı versin. Verilişdən sonra onunla da əlaqə yaratdım. Yəni aramızda da elə bir inciklik yoxdu. Yeri gəlmişkən, Ramalın xına mərasimini də mən Fatimə idarə etmişəm. Əgər Ramal məni bəyənməsəydi, şəxsi toyunu, xınasını mənə həvalə etməzdi. Onun xına mərasimini mən aparmışam, oxumuşam da, oynamışam da. Yəni demək istəyirəm ki, o mənim xınayaxdı mərasimində çıxışlarımı bəyənməsəydi, şəxsən öz məclisinə də dəvət etməzdi. Qaldı tənqidinə, müğənnilərdən danışıb, düz də deyir». 

Paylaş

Bizi Facebookda izləyin
Tahirə Məmmədqızı Yazarın yazıları
menu
menu