Mənsum İbrahimov: "Üzeyir bəy olmasaydı, musiqimiz çox kasıb görünərdi"




18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir. Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır. 
Milli Musiqi Günümüz hər bir azərbaycanlı üçün bayram sayılır.

Bu gün peşəkar musiqiçilər üçün isə ikiqat bayram sayılır. Milli Musiqi Günü ilə əlaqədar Xalq artisti Mənsum İbrahimovla əlaqə yaratdıq. Bayram gününün sevincini «Şərq»in oxucuları ilə bölüşən Xalq artisti bunları söylədi: «Mən bütünlükdə Milli Musiqi Günümüzlə bağlı xalqımızı təbrik edirəm. Həqiqətən böyük bayramdı.

Üzeyir bəyin doğum günüdür. Üzeyir bəy Şərqin ilk operasının bəstəkarıdır. Ulu öndərin  Heydər Əliyevin sərəncamı ilə Milli Musiqi Günü olaraq qeyd edilir. Dövlət tərəfindən  Uzeyir bəyin sənətinə   diqqət göstərilib.

Bu diqqət eyni zamanda Azərbaycan musiqisinə verilən dəyərdi. Üzeyir bəy Azərbaycan musiqisini dünyaya tanıtdı. Orkestr üçün milli opera yazdı. Muğamlarımızı nota köçürdü. Bu gün muğam sənəti ilə bağlı olan dərsliklərdən ki, istifadə edirik, o dərsliklər Üzeyir bəyin hazırladığı dərs vəsaitləridir.

Muğamlarımızı nota çevirib akademik formada hazırlayıb. Muğamlarımızı o qədər dəqiq bilirdi ki, muğamlarımızı sistemləşdirib. Klassik muğam modeli yaradıb. Üzeyir bəy sözün həqiqi mənasında dahi musiqiçi idi. Bəlkə də Üzeyir bəy olmasaydı, Azərbaycan musiqisi çox kasıb görünərdi».

 

Paylaş

Bizi Facebookda izləyin
Tahirə Məmmədqızı Yazarın yazıları
menu
menu