Bakıda Əzizbəyovun “unudulmuş” büstü götürüldü - FOTO


Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən Firuz Bayramov adına 22 saylı orta məktəbin yanından Məşədi Əzizbəyovun büstü götürülüb.

Oxu.az-ın məlumatına görə, Əzizbəyovun sonuncu büstünün götürülməsi sakinlərin etirazı ilə bağlı olub.

Belə ki, sakinlər qatı bolşevik olmuş M.Əzizbəyovun büstünün təhsil müəssisəsinin yanında olmasını düzgün saymırdılar.

Xatırladaq ki, bir neçə il paytaxtın Əzizbəyov rayonu Xəzər, “Məşədi Əzizbəyov” metrostansiyası “Koroğlu” adlandırılıb. M.Əzizbəyovun Hüseyn Cavid və Parlament prospektlərinin kəsişməsindəki heykəli götürülüb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu