Amulsar məsələsi Ermənistandakı vəziyyəti daha da gərginləşdirir” - Millət  vəkili 

Amulsar qızıl mədəninin “Lydian Armenia” şirkəti tərəfindən işlədilməsi erməni cəmiyyətində hökumətlə xalq arasında fikir ayrılığının yaranmasına səbəb olub. Qızıl mədəni ətrafında Ermənsitanda siyasi xaos davam edir.

Ermənistan hökumətinin düşdüyü isterik durum Nikol Paşinyanın da ictimai nüfuzuna mənfi təsir göstərməkdədir. “Demokratik” siyasi elita qərb sərmayesi və xalq iradəsi arasında manevr etməkdə davam edir. Paşinyan layihəyə neqativ yanaşan xalqın qarşısında aciz qalıb.

Layihə baş tutmayacağı təqdirdə Paşinyan Qərbin dəstək və etimadını itirəcək. Nəticə etibarı ilə Ermənistanın investisiya mühiti pisləşəcək və etibarsız tərəfdaş imici formalaşacaq.



Millət vəkili Arif Rəhimzadə “Sherg.az”a açıqlamasında bildirdi ki, Amulsar qızıl mədəninin Ermənistandakı vəziyyətə nə dərəcədə təsiri olacağını demək çox çətindir:

“Hər halda Ermənistanda vəziyyət olduqca gərgindir. Hazırda Nikol Paşinyan ölkəni idarə edə bilmir.
Bu, hər kəsə bəllidir. Digər tərəfdən isə Amulsar qızıl mədəni ölkədəki vəziyyəti daha da gərginləşdirir”.


Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu