Con Boltonun yerinə kim gəlir ? - AÇIQLAMA


“ABŞ prezidenti Donald Trampın sabiq milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun varisi müəyyənləşdi”. 

Bunu “Sherg.az”a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. 

“ABŞ prezidenti Donald Trampın sabiq milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun varisi müəyyənləşdi”. 



Bunu “Sherg.az”a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. 

Politoloq bildirib ki, Tramp özünə müşavir kimi Robert Obraynı təyin etmək istəyir: 

“Bu barədə prezident Donald Tramp axırıncı statusunda yazıb. Məlumdur ki, Robert Obrayn prezidentin girovlar üzrə xüsusi nümayəndəsidir. Con Boltonun vəzifəsi ilə nə üçün xudahafizləşdiyi bəllidir.

Bolton müstəqilliyə can atır, fərqli fikirlər söyləyirdi. Tramp belələrini xoşlamır və istəyir ki, onun tapşırıqlarını qeyd-şərtsiz yerinə yetirsinlər.

Amerikanın əvvəlki prezidenti Barak Obama komandası ilə məsləhətləşir və birgə qərarlara üstünlük verirdi. Yəni, komanda oyunçusu idi. Tramp isə belə deyil. Əgər Robert Obrayn yeni vəzifəsində Boltondan daha uzun müddət çalışmaq istəyirsə, nəzəriyyəçi yox, içracı olmalıdır”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu