Fransanın Edvard Snoudenə sığınacaq vermək niyyəti yoxdur


“Fransadan 2013-cü ildə Prezident Fransua Ollandın vaxtında sığınacaq istəmişdim. İstərdim cənab Emmanüel Makron mənə sığınacaq hüququ versin”, - deyə E. Snouden Fransa kanalına verdiyi müsahibədə deyib.

AZƏRTAC xəbər verir ki, Fransa xarici işlər naziri Jan-İv Lö Dryan isə ölkəsinin hələ amerikalı Edvard Snoudenə sığınacaq vermək niyyəti olmadığını bildirib.

Qeyd edək ki, 2013-cü ildə ABŞ-da rabitə və internetin qlobal izləmə sisteminin olduğunu söyləyən, cəsusluq və dövlət sənədlərinin oğurlanmasında günahlandırılan, hazırda Moskvada yaşayan E. Snoudeni ölkəsinə döndüyü təqdirdə 30 il həbs cəzası gözləyir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu