“Ermənistanda iqtisadi böhran siyasi böhranla birləşib” - Çökür


Ermənistan baş naziri Nikol Paşinyanın elan etdiyi “Ermənistan 2050 - Strateji İnkişaf Sənədi” ölkədə ciddi müzakirə mövzusu olaraq qalmaqdadır. Sənəddə verilən vədlərin reallıqdan uzaq olduğu qeyd edilir. 

“Ermənistan 2050 - Strateji İnkişaf” sənədində, Ermənistanın maliyyə vəziyyəti ilə bağlı qeyri-real hədəflər müəyyən olunub. Sənədin ən mühüm bəndlərdən biri işsizliyin ortadan qaldırılması ilə bağlıdır. 

Amma son zamanlar Ermənistanın ağır iqtisadi şəraiti və maliyyə çatışmazlığı, bugünədək işsizliyin həcminin yüksək qalmasına səbəb olub. Müstəqilliyin ilk illərinədək işsizlik səviyyəsi sonrakı dövr ərzində artaraq 2018-ci ildə 17,71 % olub.

2016-cı ildə ölkə parlamentindəqeyri-rəsmi işsizlik səviyyəsinin 35 % olduğu və 1 milyondan artıq vətəndaşın yoxsulluq səviyyəsindən aşağı şəraitdə yaşadığı bildirilib. Açıq-aydın görünür ki, Paşinyanın həm hərbi-siyasi, həm də iqtisadi proqramları reallığa deyil, populizmə hesbalanıb. 

Siyasi elmləri doktoru, professor Cümşüd Nuriyev “Sherg.az”a açıqlamsında deyib ki, “Ermənistan 2050 - Strateji İnkişaf” sənədi təkcə Ermənistan üçün yox, kifayət qədər resursu olan neft ölkələrinə aiddir.

Professor bildirib ki, sözügedən sənəd populizm və xalqa hesablanmış sənəddir:

“Bu onu göstərir ki, Paşinyan siyasətdən uzaq bir adamdır. Onun maliyyə imkanları və mənbələri qeyri-müəyyəndir. Ermənistan hazırda elə bir vəziyyətdədir ki, onun maliyyə mənbələri yaxşı deyil. Ermənistanın yeganə qızıl yatağı olan Amulsarın istismarı nəzərdə tutulmuşdu. Mədənin istismarı ekoloji cəhətdən əlverişli deyil.

Çünki camaat bunu qəbul etmir. Belə bir şəraitdə Paşinyanın həyata keçirmək istədiyi proqram baş tutmayacaq. Çünki artıq Ermənistanın daxilində ciddi çöküntülər başlayıb. Ermənistanın müdafiə naziri vəzifədən getmək üzrədir”.

C.Nuriyev qeyd edib ki, artıq Ermənistanda iqtisadi böhran siyasi böhranla birləşib:

“Məhz bu səbəblərdən Paşinyanın həmin sənədi həyata keçirməsi hec cür mümkün deyil. Dövlət daxilində kifayət qədər gərginlik var. Ermənistanda vəziyyət getdikcə daha da gərginləşəcək. Yaxın zamanlarda Ermənistanda Paşinyan hakimiyyətə bir də gəlsə, onu yola salmaq üçün küçə yürüşləri və mitinqlər başlayacaq.

Buna görə də hazırkı Ermənistanın durumu katastrofik vəziyyətdədir. Hətta hakimiyyətin dəyişməsi belə baş verə bilər. Rusiya hakimiyyətin dəyişməsində maraqlıdır. Amma bu olanlarda Qərb heç nə edə bilməyəcək”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu