Belçikaya məxsus təyyarə Fransada qəzaya uğradı


Qırıcı yerli vaxtla saat 10:30-da qəzaya uğrayıb. Hər iki pilot katapult edə bilib. Onlardan biri elektrik kabellərinə ilişib


 Belçika Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "F-16" tipli qırıcısı Fransanın şimal-qərbində Plyubinye kommunasında qəzaya uğrayıb. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Qırıcı yerli vaxtla saat 10:30-da qəzaya uğrayıb. Hər iki pilot katapult edə bilib. Onlardan biri elektrik kabellərinə ilişib.

Qırıcının təlimlər zamanı qəzaya uğradığı bildirilir.

Hadisə yerində xilasedicilər işləyir.



Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu