“Rusiya artıq Ermənistana sərt mövqe sərgiləyir” – Kritik vəziyyət 

“Paşinyan böyük siyasətdən və konfliktlərin idarə olunmasından xəbərsiz siyasətçidir”. 

Bunu “Sherg.az”a açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı deyib. 

Partiya sədrinin sözlərinə görə, hadisələrin axarı və ya hansısa güclərin siyasi oyunları ilə hakimiyyətə gəlmiş bu naşı siyasətçi danışdıqların və bəyanatların məsuliyyətini dərk etmir: 

“Paşinyan daxili auditoriyaya və siyasi rəqabətə hesablanmış sərsəm bəyanatlar verir. Onun açıqlamaları Ermənistanı həm beynəlxalq arenada, həm regionda, həm də Azərbaycan qarşısında ağır siyasi vəziyyət qarşısında qoyur. Görün, vəziyyət hansı həddə çatıb ki, hətta, Rusiya belə artıq Ermənistana qarşı sərt mövqe sərgiləməyə başlayıb.



Bu birmənalıdır ki, Qarabağ Azərbaycanın ayırlmaz tərkib hissəsidir və bunun əksini iddia edənlərin əqli problemləri var. Sadəcə olaraq Azərbaycan tərəfi artıq işğal faktına dözməməli və qətiyyətli addımlar atmalıdır.

Biz heç bir beynəlxalq təşkilatdan və ya hansısa ölkədən Qarabağı tələb etməməliyik. Torpaqlarımızı hərbi güclə özümüz azad etməliyik. Bunun üçün heç kimdən nə razılıq almalı deyilik”. 

T.Abbaslı müdafiə naziri Zakir Həsənovun səsləndirdiyi qətiyyətli və sərt bəyanatları dəstəklədiyini deyib: 

“Müdafiə Nazirliyinin mövqeyi sərt və qətiyyətli olmalı, xarici işlər naziri kimi bəyanatlar səsləndirməməlidir. Azərbaycanın güclü və şanlı ordusu hər an öz  torpaqlarını düşməndən təmizləməyə  hazır olmalıdır. Mən Ermənistanın nə bu hakimiyyətinin, nə də bundan sonrakı hakimiyyətlərinin danışıqlarla torpaq qaytaracaqlarına qətiyyən inanmıram.

Eyni zamanda beynəlxalq aləmin də ədalətinə inamım yoxdur. Odur ki, ancaq və ancaq öz ordumuza və qəhrəman oğullarımıza güvənirəm. Himnimizdə də deyildiyi kimi vətən üçün hər an “Qan tökməyə və can verməyə cümlə hazır” olmalıyıq”.


Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu