“Əsrin müqavilə”sinin töhfəsi: "İqtisadiyyatımız dirçəldi, bölgədə lider olduq, beynəlxalq nüfuzumuz artdı"


20 sentyabr 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə “Əsrin müqaviləsi” imzalanıb. Azərbaycan Prezidentinin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr Azərbaycanda “Neftçilər günü” peşə bayramı kimi rəsmiləşdirilib. 

Ümummilli lider Heydər Əliyevin böyük səyləri nəticəsində 1994-cü il sentyabrın 20-də “Əsrin kontraktı”nın imzalanması Azərbaycanın güclü iqtisadi potensialının formalaşmasında müstəsna rol oynayıb. Yalnız xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi. 1994-cü il sentyabrın 20-də Bakıda Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi yenicə müstəqillik qazanmış Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. “Əsrin müqaviləsi” adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalanması müstəqil Azərbaycanın iqtisadi inkişaf  konsepsiyasını təşkil edən ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. 

“Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmiz yeni inkişaf erasına daxil oldu. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən neft strategiyası ölkəmizi lider ölkələr səviyyəsinə yüksəltdi. Azərbaycanın neft ehtiyatlarının dünya bazarına çıxarılması ilə bağlı məsələlər həll edildikdən və 2006-cı ildə Bakı Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildikdən sonra, böyük Azərbaycan qazının Avropa qitəsinə nəqli ciddi müzakirə mövzusuna çevrilib. Bu layihələr sayəsində Azərbaycanın regionda və Avropada əhəmiyyəti artdı. Azərbaycan Avropanın və dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan ciddi beynəlxalq tərəfdaşdır. Neft müqavilələrindən əldə edilən gəlir Azərbaycanın simasını büsbütün dəyişib. Əldə edilmiş gəlir sosial layihələrə, elm, təhsil, mədəniyyətin inkişafına yönəldilmiş qara qızıl “insan kapitalı” naminə istifadə edilib. Bir sözlə, əsrin müqaviləsi ilə qoyulan təməl Azərbaycanın firavan gələcəyini təmin etdi.

“Əsrin müqaviləsi”nin ölkəmiz üçün əhəmiyyətindən danışan millət vəkili Rauf Əliyev “Sherg.az”a bildirdi ki, kontraktın imzalanmasından artıq 25 il keçir.

Deputat qeyd edib ki, müqavilə imzalanmamışdan qabaq Azərbaycanın sosial-iqtisadi vəziyyət yaxşı deyildi:

“Ölkəmizin büdcəsi və iqtisadiyyatı yox idi və Azərbaycan beynəlxalq aləmdə tanınmamışdı. Belə çətin vəziyyətdə ulu öndər Heydər Əliyev bu məsələlərlə məşğul oldu. Azərbaycana 8 ölkədən 13 ən böyük neft şirkətləri gəldi və ölkəmizdə müqavilə bağladılar. Bu zaman həm daxili, həm də beynəxalq aləmdə çox adam razı deyildi. Onlar etiraz edərək inanmırdılar və deyirdilər ki, “müqavilənin imzalanması nəyə lazımdır?”. Amma zaman göstərdi ki “Əsrin müqavilə”si Azərbaycan üçün çox böyük uğurlar gətirdi. Ölkəmizdə iqtisadiyyat dirçəldi, Azərbaycan bölgədə lider oldu və beynəlxalq aləmdə nüfuz qazandı. Bu müqavilədən sonra ölkəmizdə çoxlu sayda sosial layihələr həyata keçirildi. Mədəniyyət evləri, səhiyyə və idman ocaqları tikildi, eyni zamanda müstəqilliyimiz qorundu. Bu gün baxanda həmin inkişafın davam etdiyini görürük”.

Deputata qeyd edib ki, “Əsrin müqaviləsi” imzalanandan sonra Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini həyata keçirdi:

“Bu da o demək idi ki, Avropa ilə Asiyanı Azərbaycan birləşdirir. “Əsrin müqavilə”si həqiqi mənada elə bir müqavilədir ki, Azərbycanı dirçəltdi, ölkəmizi irəli apardı. Hazırda pensiyalar, sosial müavinətlər, maaşlar ildən-ilə artırılır. Düzdür, bu davamlı prosesdir və irəliləyişlərin ardı olacaq. Çox neft ölkələri var. Amma orada nə iqtisadiyyat inkişaf edib, nə sabitlik, nə də sakitlik var. Azərbaycanda isə siyasi sabitlik höküm sürür. “Əsrin müqavilə”si imzalanandan sonra ölkəmiz üçün çox müsbət irəliləyişlər baş verdi. Çoxlu sayda təlbələrimiz xaricə oxumağa gedir, ölkəmizdə xeyli şəhərciklər tikilir. Bunların hamısı “Əsrin müqavilə”sinin vəsaitləri hesabına baş verir. Düzgün siyasət aparıldığı üçün ölkəmiz günü-gündən irəli gedir”.


Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu