ABŞ İran qarşı hərbi əməliyyata başlayacaq ? – ŞƏRH


“Tramp açıqlamalarında özünü inkar edir. Əvvəlcə deyir ki, “bir zənglə istənilən ölkəyə girə bilərlər”. Ardınca isə etiraf edir ki, Yaxın Şərq bataqlığına girmək bir səhv idi və buna görə Con Boltonu ittiham edir”. 

Bunu “Sherg.az”a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. 

Ekspert bildirib ki, ABŞ-ın İranla hərbi əməliyyata başlayacağı qətiyyən inandırıcı deyil: 



“1979-cu ildən Amerikanın İrana girəcəyi iddia edilir. Vaşinqton İranın qonşularını zərərsizləşdirməyi bacarsa da, bu ölkəyə girmədi. Hazırda İran çox güclüdür. Ölkə inliqabdan sonra hərbi baxımdan ən güclü dövrünü yaşayır. Həm də ortada uğursuz təcrübələr var. 

Məsələn, Əfqanıstana və İraqa ordu yeritmək Ağ Evə çox baha başa gəldi və istədiyi nəticəni əldə edə bilmədi. Ona görə də ABŞ-ın hərbi baxımdan müsəlman ölkələri içində xüsusi yerə sahib İrana savaş açacağı inandırıcı görünmür”. 

Ə.Məmmədlinin sözlərinə görə, Vaşinqtonla Tehran arasında bir müddət söz dueli olacaq və gərginlik yenidən səngiyəcək: 

“Nəzərə alaq ki, ABŞ-ın ən yaxın müttəfiqi Böyük Britaniya belə İranla müharibəyə qoşulmayacağını bəyan edib. Fransa və Almaniya da Tehrana qarşı çıxış etməyəcək.

Çünki ortada Rusiya, Türkiyə və Çin faktoru var. Bütün bunları nəzərə alaraq tərəflər arasında heç vaxt hərbi əməliyyatın başlamayacağını söyləmək mümkündür”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu