Bədii gimnastika üzrə dünya çempionatında Rusiya komanda hesabında birinci oldu


Bədii gimnastika üzrə 37-ci dünya çempionatında Rusiya komanda hesabında birinci yeri tutub.

"Sherg.az" Trend-ə istinadən bildirir ki, Rusiya 186.500 xal yığıb.

İkinci yerdə İsrail (174.750 xal), üçüncü yerdə Belarus (168.550 xal) qərarlaşıb.

Azərbaycan komnandası 147.750 xalla 13-cü olub.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu